Xorvatiyalı nümayəndə DOST Mərkəzində olub

Xorvatiyalı nümayəndə DOST Mərkəzində olub

DOST Agentliyində ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərinin Sosial İnklüzivlik, Planlaşdırma, Sosial Müdafiədə İnkişaf Layihələrinin Hazırlanması və İcrası Departamentinin rəhbəri, Avropa Sosial Şəbəkəsinin İdarə Heyətinin üzvü Zorana Uzelac Bošnjak ilə görüş olub.

Qonaq əvvəlcə 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi