DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir

28 yanvar 2025, 13:01
A+ A-
DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir

DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir.

 

Struktur bölmənin adı: Beynəlxalq əlaqələr, proqramlar və layihələr departamenti / Beynəlxalq əlaqələr şöbəsi

Vəzifə: Şöbə müdiri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

 

İşin təsviri:

  • Beynəlxalq tərəfdaşlar və xarici ölkələrin analoji qurumları ilə danışıqların, rəsmi və işgüzar yazışmaların aparılması fəaliyyətini təşkil etmək;
  • Digər dövlətlərin analoji qurumlarının təcrübəsini öyrənmək, onların milli sistemdə tətbiqi imkanlarını təhlil etmək və müvafiq təkliflər vermək;
  • Müvafiq sahə üzrə dövlət orqanları və digər qurumlar, habelə beynəlxalq və yerli təşkilatlarla birgə layihələrin həyata keçirilməsi fəaliyyətini təşkil etmək;
  • Agentliyin fəaliyyəti ilə bağlı öyrənilmiş qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiqi ilə bağlı təkliflər vermək;
  • Agentliyin fəaliyyətinə uyğun olaraq beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflər vermək;
  • Agentliyin fəaliyyətinə uyğun olaraq beynəlxalq mükafatların alınması üzrə müsabiqədə iştirak imkanlarını araşdırmaq və bu istiqamətdə zəruri tədbirlər görmək;
  • Agentliyin əməkdaşlarının xarici ölkələrə səfəri ilə bağlı zəruri təşkilati və sənədləşmə işlərinin həyata keçirilməsini təmin etmək;
  • Agentliyə gələn xarici qonaqların qarşılanması, müşayiət olunması və yola salınması fəaliyyətində iştirak etmək;
  • Agentliyin yüksək vəzifəli şəxslərinin Azərbaycanda səfərdə olan xarici nümayəndələr, ölkədə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların əməkdaşları ilə görüşlərinin təşkil olunmasında iştirak etmək;
  • Şöbənin əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Şöbənin fəaliyyəti barədə hesabatların hazırlanmasını təmin etmək və departament müdirinə təqdim etmək;
  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək.

 

Vəzifənin tutulmasına dair tələblər:

  • Təhsil tələbi:
  • Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu, beynəlxalq əlaqələr ixtisası üzrə ali təhsilə malik olanlara üstünlük verilir);
  • Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikata malik olanlara üstünlük verilir.

 

  • İş stajına dair tələb:
  • Müvafiq sahədə və ya vəzifənin qulluq funksiyaları nəzərə alınmaqla azı 4 il iş stajı, o cümlədən rəhbər vəzifədə və ya idarəetmə sahəsində azı 1 il iş stajı;
  • Beynəlxalq təşkilat və ya layihələrdə əmək fəaliyyəti olan şəxslərə üstünlük verilir.

 

  • Dil bilikləri:
  • Dövlət dili (sərbəst);
  • Rus və ingilis dili (yüksək səviyyədə)
  • Xarici dil bilikləri üzrə beynəlxalq sertifikata (IELTS, TOEFL və s.) malik olanlara üstünlük verilir.
  • Kompüter bilikləri:
  • MS Office proqramları, xüsusilə MS Word və MS Excel – yaxşı səviyyədə

 

Əlavə məlumatlar

  • İş yerinin ünvanı: Bakı şəhəri, Mehdi Mehdizadə küçəsi 29;
  • İş qrafiki: Bazar ertəsi - Cümə (09:30-18:30).

 

Müraciət qaydası:

  • Namizədlər dost_hr@sosial.gov.az e-mail ünvanının mövzu hissəsinə “Beynəlxalq əlaqələr üzrə şöbə müdiri” qeyd etməklə CV-ni göndərə bilərlər.
  • İşə qəbul mərhələsinə yalnız tələblərə cavab verən namizədlər cəlb ediləcəkdir.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi