Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda Maliyyə və mühasibatlıq departamenti tərəfindən DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlandırma xarakterli hesabat təqdim edilib.
İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi