Qazaxıstan nümayəndə heyəti DOST Mərkəzində olub

Qazaxıstan nümayəndə heyəti DOST Mərkəzində olub

DOST Agentliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru, Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun sədri, Türk dünyası Mediatorlar Birliyinin sədr müavini Jandildə Yakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edib.

Qonaqlar əvvəlcə 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi