DOST Agentliyinin "Könüllü DOST" proqramının təşəbbüsü, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə "Könüllülər Birliyi" adlı tədbir keçirilib. Tədbir 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilib.
Müxtəlif könüllü təşkilatlarını təmsil edən gənclər 4 saylı Bakı DOST Mərkəzinin qonağı olublar. Onlar DOST konsepsiyası, o cümlədən "Könüllü DOST" proqramı ilə bağlı məlumat alıb, mərkəzin və DOST TV-nin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra Könüllü DOSTlarımızla birlikdə vətəndaşlara xidmət göstəriblər.
Tədbirdə “Ekokönüllü” , “ASAN Könüllüləri” təşkilatı, “Gənc Könüllüləri” İctimai Birliyi, “AİLƏM Könüllüləri” AQUPDK, “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “SOCAR Könüllüləri”, “Bakı Şəhər Halqası Könüllüləri” proqramı, “MEDİA Könüllüləri” proqramı, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi, “İnnovasiya Könüllüləri” İctimai Birliyi, “Fövqəladə Hallar” könüllüləri, BDU Könüllüləri, “Regional İnkişaf” İctimai Birliyi, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi və “Turizm Könüllüləri” İctimai Birliyinin könüllüləri iştirak ediblər.
Məqsəd Azərbaycan Gəncləri Günündə birlik və həmrəylik, şəbəkələşmə və sosial sahədə könüllülüyün təbliği olub.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi