DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Fevralın 3-də mərkəzlərə ümumilikdə 6480 nəfər vətəndaş müraciət edib. Bu göstərici DOST mərkəzlərində indiyədək qeydə alınan ən yüksək nəticədir.
Gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 819 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 783 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1682 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 1087 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 447 nəfər, Abşeron DOST Mərkəzinə 909 nəfər, Qarabağ Regional DOST Mərkəzinə 639 nəfər, ƏƏSMN-in qəbul şöbəsinə 102 nəfər, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialına isə 12 nəfər nəfər vətəndaş müraciət edib.
Müraciətlər, əsasən pensiya (16,91%), sosial müavinətlər (23,70%), məşğulluq (21,14%), əlillik (4,83%), sosial xidmət (2,61%), vahid əlaqələndirmə mərkəzi (1,15%), əmək münasibətləri (1,40%) və yardımçı xidmətlərlə (28,58%) bağlı olub.
Qeyd edək ki, hazırda ölkə üzrə 7 DOST mərkəzi, həmçinin Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 3,3 milyondan çox vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faiz təşkil edir. “DOST” Çağrı Mərkəzi 142 üzrə isə 6,9 milyondan çox zəng cavablandırılıb və məmnunluq səviyyəsi 93,6 faizdir.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi