DOST-un İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib

19 mart 2025, 12:37
A+ A-
DOST-un İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Vətən müharibəsi şəhidi Şahid Əhmədlinin ailəsini ziyarət edib.

Vətən müharibəsində şücaətlər göstərən Şahid Əhmədli Prezident İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.

İki qız övladı yadigar qalan şəhidimizin ailəsi dövlət tərəfindən mənzillə təmin edilib, həmçinin digər sosial dəstək tədbirləri ilə əhatə olunub.

Fərid Məmmədov şəhidlərimizin, o cümlədən Şahid Əhmədlinin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

Şəhid ailəsi ziyarət üçün təşəkkür edib, dövlət tərəfindən göstərilən diqqət və qayğını daim hiss etdiklərini qeyd ediblər.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi