Dünya Bankının nümayəndələri DOST Agentliyində olub

9 aprel 2025, 12:48
A+ A-
Dünya Bankının nümayəndələri DOST Agentliyində olub

DOST Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib.

Tədbirdə DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.

Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi