Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madakın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı DOST Mərkəzində olub.
Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə, habelə burada fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti ilə tanış olan qonaqlar üçün DOST Konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat Mərkəzi və Bakı Reabilitasiya Mərkəzi ilə də tanış olub.
Son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, həmçinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər barədə qonaqlara məlumatlar verilib.
Qonaqlar Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində və 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində də olublar.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi