DOST Agentliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

17 aprel 2025, 18:04
A+ A-
DOST Agentliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

DOST Agentliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüş keçirilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə DOST konsepsiyası, DOST mərkəzlərində əhaliyə göstərilən xidmətlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində son illərdə aparılan ardıcıl islahatlar və qarşıya qoyulan hədəflər barədə məlumat verilib.

“Yüksəliş” müsabiqəsinin qalibləri də öz növbələrində dəvət üçün təşəkkürlərini bildirib, bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Fərid Məmmədov qaliblərin fikir və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Qeyd edək ki, Nicat Qocayev və Eyyub Fətəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mentorluq Proqramına cəlb olunublar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi