Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi müddətində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarına uyğun olaraq, mayın 4-dən etibarən “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edəcək.
Bu fəaliyyətə pensiya, müavinət, təqaüd alınması üçün hazır bank kartlarının verilməsi və ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə müvafiq işlər daxildir. Həmin xidmətlərdən yararlanmaq üçün paytaxtın Yasamal və Səbail rayonlarının sakinləri 1 saylı Bakı DOST Mərkəzinə, Xəzər və Pirallahı rayonlarında qeydiyyatda olan vətəndaşlar isə 2 saylı Bakı DOST Mərkəzinə müraciət edə bilərlər.
DOST Mərkəzləri yalnız qeyd edilən istiqamətlər üzrə olmaqla həftə içi saat 09:00-dan 18:00-dək, şənbə günləri 10:00-dan 13:00-dək xidmət göstərəcək.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi