“Könüllü DOST” proqramının “Könüllü Klubları” layihəsi çərçivəsində fəaliyyət göstərən “Fərdi İnkişaf”, “Yaradıcılıq”, “Sağlam Həyat”, “Xarici Dil” və “Layihələr” klublarının görüşləri keçirilib.
Könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə gənclər öz maraq dairələrinə uyğun bilik və bacarıqlar qazanmaq, eləcə də fəal şəkildə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Qeyd edək ki, “Könüllü Klubları” layihəsi 2022-ci ildən etibarən 12 müxtəlif istiqamət üzrə fəaliyyət göstərir. Layihənin əsas məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə asudə vaxtlarının daha səmərəli təşkilidir.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi