Tacikistan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

6 may 2025, 17:23
A+ A-
Tacikistan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Hökuməti yanında Sosial Sığorta və Pensiyalar Agentliyinin direktoru Abduraxmon Xalimzodun rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

Qonaqlar əvvəlcə burada əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib.

Tədbirdə DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi