Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.
Nazirlik və qurumları üzrə 163 əməkdaşının iştirak etdiyi aksiya talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyıb.
Respublika Qan Bankının həkimləri tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi