DOST Agentliyinin “Könüllü DOST” proqramının “Distant DOST” altproqramı çərçivəsində “Virtual Karyera Akademiyası” mikrolayihəsinə start verilir.
Mikrolayihənin məqsədi region gənclərinin fərdi inkişafına dəstək olmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində gənclərə karyera planlaması, şəxsi və peşəkar inkişaf, yumşaq bacarıqlar və effektiv ünsiyyət istiqamətlərində təlimlər keçiriləcək. Əgər siz də karyera və inkişaf mövzularında biliklərinizi gənclərlə paylaşmaq, interaktiv və dinamik onlayn təlimlər vasitəsi ilə gənclərin həyatında müsbət dəyişikliklər yaratmaq istəyirsinizsə linkə daxil olaraq könüllü təlimçi qismində qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat üçün son tarix: 23:59 | 20.05.2025
Qeyd edək ki, seçim mərhələsi yekunlaşdıqdan sonra könüllü-təlimçi olmaq üçün qeydiyyatdan keçən uyğun namizədlərlə əlaqə saxlanılacaq.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi