"Virtual Karyera Akademiyası”na iştirakçı kimi qoşul!

22 may 2025, 14:48
A+ A-

DOST Agentliyinin “Könüllü DOST” proqramının “Distant DOST” altproqramı çərçivəsində “Virtual Karyera Akademiyası” mikrolayihəsinə iştirakçı kimi qoşulmaq istəyən şəxslərin nəzərinə!

Artıq qeydiyyat keçidi aktivdir. Əgər sən də regionda yaşayırsansa, peşəkar inkişaf, yumşaq bacarıqlar, effektiv ünsiyyət və gələcək karyeranla bağlı düzgün planlamanı öyrənmək istəyirsənsə, bu link vasitəsi ilə qeydiyyatdan keçərək mikrolayihəyə qoşula bilərsən!

Mikrolayihənin məqsədi region gənclərinin fərdi inkişafına dəstək olmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Qeydiyyat üçün son tarix: 29.05.2025

Qeyd edək ki, layihədə təlimçi kimi iştirak etmək istəyən şəxslər üçün qeydiyyat artıq yekunlaşıb. Qeydiyyatdan keçən və tələblərə cavab verən könüllü təlimçilərlə tezliklə əlaqə saxlanılacaq.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi