Özbəkistan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

20 iyun 2025, 13:32
A+ A-
Özbəkistan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlara mərkəzdə əhaliyə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Daha sonra qonaqlara DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.

Görüşdə Özbəkistan nümayəndə heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi