“Avropa Sosial Xidmətlər Mükafatları – 2025” (ESSA 2025) müsabiqəsi elan olunub

20 iyun 2025, 16:50
A+ A-
“Avropa Sosial Xidmətlər Mükafatları – 2025” (ESSA 2025) müsabiqəsi elan olunub

Avropa Sosial Şəbəkəsi tərəfindən təşkil olunan illik Avropa Sosial Xidmətlər Mükafatları (ESSA) müsabiqə mövzusunu elan edib.

“Sosial xidmətlər: davamlı dəyişikliyin yaradılması” mövzusunda elan olunan müsabiqənin məqsədi insanların həyatına sürətli təsir göstərən proqramları və şəxsləri təltif etmək, uzunmüddətli həllər, davamlı müsbət nəticələr təqdim edən təşəbbüsləri tanıtmaqdır.

Mükafatların hazırki xüsusi buraxılışı Avropa Sosial Şəbəkəsinin (ESN), İnklüziv sosial xidmətlər vasitəsilə icmaların gücləndirilməsi və insanlara dəstək məqsədilə görülən fəaliyyətin 25 illiyinin qeyd olunmasına aiddir.

Müraciətlər aşağıdakı 10 kateqoriya üzrə qəbul olunur:

Sosial xidmətlərin təqdim olunmasında innovasiya. Avropada sosial xidmətlərin göstərilməsi sahəsində innovativ, yaradıcı və təsirli yanaşmalar tətbiq edən dövlət qurumları və ya sosial xidmət təminatçılarının iştirakı üçün.

Sosial xidmətlərdə rəqəmsal transformasiya və texnologiya. Sosial xidmətləri təkmilləşdirmək məqsədilə rəqəmsal transformasiya və texnologiya əsaslı həlləri uğurla həyata keçirən dövlət qurumları və ya sosial xidmət təminatçılarının iştirakı üçün.

İcmaların gücləndirilməsi və sosial inklüzivlik. İcmaların gücləndirilməsi və sosial inklüzivliyin təşviqi sahəsində risk qrupları, ələlxüsus evsizlər, qaçqınlar, miqrantlar və dərin yoxsulluq və ya sosial təcrid yaşayanların həyatına davamlı və əhəmiyyətli təsir göstərmiş dövlət qurumları və ya sosial xidmət təminatçılarının iştirakı üçün.

Sosial xidmətlərdə dövlət sektorunun əməkdaşlığı. Yerli, regional, milli və ya ölkələrarası səviyyədə eyni dövlət orqanının müxtəlif şöbələri və ya bir neçə dövlət qurumu arasında sosial xidmətləri təkmilləşdirmək və fərdlər və icmalar üçün daha yaxşı nəticələr təmin etmək məqsədilə göstərilən nümunəvi əməkdaşlıq təşəbbüsləri.

Sosial xidmətlər yönümlü tədqiqatlar. Məlumatlara əsaslanan anlayışlar, akademik araşdırmalar və ya tətbiqi tədqiqatlar nəticəsində xidmətlərin göstərilməsində, sosial siyasətdə və həssas əhali qrupları üçün nəticələrin təkmillləşdirilməsində mühüm nəticələrə səbəb olan təşəbbüslər.

Sosial xidmətlərdə əlillik və əlçatanlıq. Əngəlləri aradan qaldıran, icma və müstəqil yaşayışı təşviq edən və əlilliyi olan şəxslər üçün sosial xidmətlərə bərabər çıxışı təmin edən təşəbbüslər.

Sosial xidmətlərdə dövlət və özəl sektorların tərəfdaşlığı. Dövlət orqanları ilə özəl sektor təşkilatları arasında qurulmuş və sosial xidmətlərdə nəzərəçarpacaq transformasiyaya və inkişafa səbəb olmuş tərəfdaşlıqlar.

Uşaqlar, ailələr və gənclərin dəstəklənməsi. Uşaqların və gənclərin təhlükəsiz, qayğıkeş və inklüziv mühitlərdə inkişaf etməsini təmin etmək məqsədilə hərtərəfli, profilaktik və fərdi yönümlü dəstək təqdim edən təşəbbüslər.

Yaşlanma və uzunmüddətli qayğıda mükəmməllik. Yaşlılara və uzunmüddətli qayğını təmin edən xidmətlərin təkmilləşdirilməsi sahəsində geniş öhdəliklər nümayiş etdirən dövlət qurumları və ya sosial xidmət təminatçıları.

Sosial xidmətlərdə liderlik. Sosial xidmətlərin idarə olunması, strategiyası və uzunmüddətli dayanıqlığını formalaşdırmasında nümunəvi liderlik nümayiş etdirmiş siyasətçilər və ya sosial xidmət rəhbərləri.

Son müraciət tarixi: 30 iyun 2025-ci il

Müraciət linki: https://connect.esn-eu.org/public/conference/7/page/

Mövzu, kateqoriyalar və müraciət qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün veb-sayta daxil ola bilərsiz. Müraciətlər ixtisaslaşmış münsiflər heyəti tərəfindən kateqoriyalar üzrə ilkin siyahılara daxil ediləcək.

Siyahıda yer alan müraciətlər sentyabr ayının sonunda ictimai səsverməyə çıxarılacaq. Qaliblər 13-14 noyabr 2025-ci il tarixində İspanıyanın Madrid şəhərində keçiriləcək təltifetmə mərasimində elan olunacaq.

Əlavə suallar üçün: essa@esn-eu.org

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi