DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “33-cü Avropa Sosial Konfransı” çərçivəsində Sosial Müdafiə, Səhiyyə, Veteranlar və Əlillər üzrə Zaqreb Şəhər İdarəsinin rəisi Lora Vidoviç ilə görüşüb.
Fərid Məmmədov son illər ölkəmizdə sosial sahədə aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə üzrə 161 növ xidmət “bir pəncərə”dən təqdim olunur.
Lora Vidoviç DOST təcrübəsi, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öyrənilərək tətbiqinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi