DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

1 iyul 2025, 10:28
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda bir neçə prosedur sənədi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub, bir neçə sənəd layihəsi isə müzakirəyə çıxarılıb.

Görüşdə “DOST” mərkəzlərinin may ayı üzrə fəaliyyətlərinin yekunlarına dair, eləcə də Agentliyin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi