“DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti müzakirə olundu

14 iyul 2025, 09:39
A+ A-
“DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti müzakirə olundu

"DOST Çağrı Mərkəzi 142"-nin yarımillik fəaliyyəti ilə bağlı iclas keçirilib. Onlayn formatda baş tutan görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin Agentliyin və Çağrı Mərkəzinin rəhbər şəxsləri iştirak edib.

Görüşdə "DOST Çağrı Mərkəzi 142"-nin yarımil ərzində fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş olunub və görülən işlər barədə məlumat verilib.

Sonda Fərid Məmmədov təqdimatla bağlı fikirlərini bildirib, bu istiqamətdə müvafiq təkliflər verib və gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi