Gürcüstan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

25 iyul 2025, 14:40
A+ A-
Gürcüstan nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının işğal altında olan ərazilər üzrə Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti DOST Agentliyini ziyarət edib.

Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Daha sonra keçirilən görüşdə son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 161 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat edilib.

Görüşdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi