Könüllü DOST-larımız Beynəlxalq Dostluq Gününü qeyd etdi

30 iyul 2025, 18:31
A+ A-
Könüllü DOST-larımız Beynəlxalq Dostluq Gününü qeyd etdi

30 İyul - Beynəlxalq Dostluq Günü ilə bağlı "Könüllü DOST" proqramının üzvləri #dostunamektub adı ilə bir-birlərinə anonim məktublar yazıb, arzu və diləklərini çatdırıblar.

Bu təşəbbüsə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov da qoşulub. Səmimi, ilhamverici ifadələrlə zəngin məktublar könüllülərə əlavə ruh yüksəkliyi verib.

Dostluq paylaşılan dəyərdir, hər gün göstərdiyimiz sevgidir. Beynəlxalq Dostluq Gününüz mübarək!

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi