
DOST Agentliyinin “Könüllü DOST” proqramı Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest 2025”də təmsil olunur.
Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Şamaxı Astrofizika Rəsədxanasında keçirilən və ümumilikdə 2000-dən çox gənci əhatə edən festivalda müxtəlif mövzular üzrə görüşlər təşkil edilir, peşəkar təlimçilərin iştirakı ilə panel müzakirələri aparılır.
Festival çərçivəsində “Ədalət və qanun” düşərgəsində “Könüllülük fəaliyyəti” haqqında panel görüş baş tutub. Görüşdə DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova da iştirak edib. Görüşdə gənclərin “Könüllü DOST” proqramı haqqında sualları cavablandırılıb, könüllülüyün gənclərin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Festivalın keçirilməsində məqsəd dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin inkişafı və onların asudə vaxtının səmərəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi