
Ölkəmizdə dövlət sosial xidmətləri sahəsində innovativ nailiyyət olan DOST Konsepsiyası daha bir beynəlxalq müsabiqədə uğur qazanıb. DOST Agentliyi Böyük Britaniyanın Layihələrin İdarəedilməsi Assosiasiyası (Association for Project Management – APM) tərəfindən təşkil olunan "APM Project Management Awards 2025" müsabiqəsində “İlin dövlət qurumu” və “İlin sosial layihəsi” nominasiyaları üzrə finalçı elan olunub.
Müsabiqədə “İlin dövlət qurumu” kateqoriyasında DOST Konsepsiyası əsasında tətbiq olunan innovativ sosial xidmət modeli, “İlin sosial layihəsi” kateqoriyasında isə “Əlilliyi olan gənclərin sosial-iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Tələbələrin Akselerasiya Proqramı” təqdim olunub. DOST Agentliyi tətbiq etdiyi innovativ xidmət modeli və sosial rifaha yönəlmiş uğurlu fəaliyyətləri ilə hər iki kateqoriyada yüksək qiymətləndirilib.
Müsabiqəyə müxtəlif ölkələrin dövlət və özəl qurumlarından 1500-ə yaxın müraciət daxil olub.
Qaliblərin elan olunması və mükafatlandırma mərasimi bu ilin noyabr ayının 17-də Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi