
"DOST Çağrı Mərkəzi 142"-nin fəaliyyəti ilə bağlı iclas keçirilib. Onlayn formatda baş tutan görüşdə qurumun iyul ayı üzrə hesabatı dinlənilib. Müvafiq təqdimat nümayiş olunub və görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, iyul ayında çağrı mərkəzinə 121154 zəng daxil olub, xidmətlə bağlı məmnunluq səviyyəsi isə 95% təşkil edib. Çağrı mərkəzinə zəng edən vətəndaşlar üçün operatorun cavabını gözləmə müddəti 9 saniyə, xidmət müddəti isə 2 dəqiqə 51 saniyə təşkil edib.
Sonda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatla bağlı fikirlərini bildirib, müvafiq tapşırıqlar verib. Gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi