Nazir müavini Vüsal Nəsirli Qax rayonunda vətəndaşları qəbul edəcək

26 avqust 2025, 11:10
A+ A-
Nazir müavini Vüsal Nəsirli Qax rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sentyabrın 4-də Qax rayonunda Qax və Şəki rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 26 avqust - 1 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi