Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək

28 avqust 2025, 15:54
A+ A-
Abşeron DOST Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək
Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Bu, mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.
Qeyd edək ki, ötən gün saat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın hadisəsi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb. Hadisə mərkəzin yalnız bir otağında baş verib və mərkəzi əhatə etməyib.
Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi