
“Könüllü DOST” proqramı çərçivəsində növbəti dəfə D2D (“DOST to DOST”) təlim proqramına start verilib. Bu dəfə Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən təlim “Maliyyə savadlılığı” mövzusuna həsr olunub.
Proqramın fəaliyyət dövrü ərzində könüllülərin fərdi inkişafına xüsusi diqqət yetirilir. Layihənin əsas məqsədi gənclərin biliklərini artırmaq, yaradıcılıq və innovativ potensialını üzə çıxarmaq, təhsil və məşğulluq imkanlarını genişləndirmək, eləcə də asudə vaxtlarının daha səmərəli təşkilinə dəstək göstərməkdir.
Məhz bu məqsədlə D2D (“DOST to DOST”) layihəsi çərçivəsində indiyədək könüllülər üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. Bunlara “D2D-1”, “D2D-2 – Maliyyə savadlılığı”, “D2D-3 – Fərdi inkişaf”, “D2D-4 – Rəqəmsal inkişaf”, “D2D-5 – Vətəndaş cəmiyyətində debat”, “D2D-6 – Maliyyə savadlılığı” və “D2D-7 – Əmək hüquqları” proqramları daxildir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi