
DOST Agentliyinin təşkilatçılığı ilə autizmli gənclərlə görüş baş tutub. Tədbirdə 1 saylı Bakı DOST Mərkəzinin evdə (səyyar) sosial xidmətindən yararlanan ahıl şəxslər də iştirak ediblər. Görüşün əsas məqsədi inklüziv mühitin təşviqi və nəsillərarası ünsiyyətin gücləndirilməsi olub.
Tədbir “Kaşalata” inklüziv kafesində keçirilib. Burada ahıl şəxslər və autizmli gənclər birlikdə şirniyyatlar hazırlayıb, rəsmlər çəkib və müxtəlif fəaliyyətlərdə iştirak ediblər. Gənclər həmçinin öz yaradıcılıq qabiliyyətlərini və bacarıqlarını DOST Mərkəzinin əməkdaşlarına nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına sertifikatlar və simvolik hədiyyələr təqdim olunub.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi