
“Könüllü DOST” proqramının “D2D” (DOST to DOST) layihəsi çərçivəsində “Gümüşü DOST” könüllüləri üçün təlim keçirilib. Mərkəzi Bankın təşkilatçılığı ilə baş tutan tədbir “Maliyyə sahəsində kibertəhlükəsizlik” mövzusuna həsr olunub. Təlim zamanı kiberdələduzların tanınması, onlardan qorunma üsulları, eləcə də elektron məkanda maliyyə vəsaitlərinin effektiv mühafizəsi ilə bağlı praktiki bilgilər iştirakçılarla bölüşülüb.
Qeyd edək ki, “Gümüşü DOST” könüllüləri pensiya yaşına çatmış, lakin ictimai və sosial həyata fəal şəkildə qoşulan şəxslərdir. Proqram onların bilik və bacarıqlarının artırılmasına, yeni mövzularla tanış olmasına və həyat təcrübəsini könüllülük fəaliyyəti ilə birləşdirməsinə şərait yaradır.
Layihə çərçivəsində indiyədək müxtəlif mövzularda təlimlər keçirilib. Bunlara “Maliyyə savadlılığı”, “Fərdi inkişaf”, “Rəqəmsal inkişaf”, “Vətəndaş cəmiyyətində debat” və “Əmək hüquqları” mövzuları daxildir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi