
Böyük Qayıdış Proqramına uyğun olaraq Kəlbəcər rayonunda əhali üçün dövlət xidmətlərinə rahat çıxış imkanı yaradılıb. Rayonda fəaliyyətə başlayan DOST məntəqəsi də öz yurdlarına qayıdan sakinlərə xidmət göstərir.
Məntəqədə vətəndaşlara xidmətlər “bir pəncərə” prinsipi əsasında, müasir, çevik və şəffaf mexanizmlərlə göstərilir. Burada məşğulluq, sosial müdafiə və digər xidmətlərlə yanaşı, sahibkarlıq təşəbbüslərinə dəstək imkanları da yaradılıb.
Yeni məntəqənin fəaliyyəti Kəlbəcər sakinlərinə doğma yurdlarında tam sosial təminat şəraiti yaradır və DOST konsepsiyasının işğaldan azad edilmiş ərazilərdə tətbiqinə mühüm addım hesab olunur.
Kəlbəcər DOST məntəqəsi Qarabağ Regional DOST Mərkəzinin xidmət əhatəsini genişləndirərək bölgədə sosial xidmətlərin keyfiyyətini daha da yüksəldir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi