DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın peşə bayramını təbrik ediblər

6 oktyabr 2025, 10:21
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın peşə bayramını təbrik ediblər

3 saylı Bakı DOST Mərkəzinin əməkdaşları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə evdə (səyyar) sosial xidmət göstərilən Tamara Qasımovanı ziyarət ediblər.

Əməkdaşlar ahıl vətəndaşı peşə bayramı münasibətilə təbrik edib, Agentliyin rəhbərliyi və bütün kollektivi adından ən xoş arzularını çatdırıblar.

Ziyarətdən məmnun qalan Tamara xanım ona göstərilən diqqətə görə təşəkkür edib.

DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi