
DOST Agentliyinin əməkdaşları şəhid polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin ailəsini ziyarət ediblər.
Vətən müharibəsində şərəfli döyüş yolu keçən Ruslan Tağıyev Kəlbəcər, Tərtər, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Laçın istiqamətindəki döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Qüsursuz xidmətə görə" (I dərəcə), "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailə ilə görüşdə şəhidimizin şərəfli döyüş yolundan bəhs olunub, xatirəsi anılıb. DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev şəhid ailələri ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, şəhidimizin ailəsinin daim sosial dəstək tədbirləri ilə əhatə olunacağını qeyd edib.
Şəhid Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi