“NextGen AI” düşərgəsi start götürdü

13 oktyabr 2025, 10:15
A+ A-
“NextGen AI” düşərgəsi start götürdü

“NextGen AI: İnsan və süni intellektin inteqrasiyası” düşərgəsinə start verilib. Düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı və Codelandia Academy-nin tərəfdaşlığı ilə keçirilir.

Quba Olimpiya İdman Kompleksində keçirilən düşərgənin məqsədi gəncləri süni intellekt texnologiyaları ilə tanış etmək, onların texnoloji savadlılığını, tənqidi düşünmə və komanda bacarıqlarını inkişaf etdirməkdir.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini İlkin Məmmədov süni intellektin gələcəyin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə gənclərin bilik və bacarıqlarının artırılmasının önəmini qeyd edib. İlk günün panel sessiyasında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov və METATESK startapının təsisçisi Günay İmanzadə gənclərlə maraqlı müzakirələr aparıblar.

SABAH.HUB İnnovasiya Mərkəzinin Vençur üzrə mütəxəssisi Ülvi Əliyev və Vençur üzrə analitiki Murad İbrahimli “Startups, AI and Young People” mövzusunda interaktiv təlim keçiblər.

Qeyd edək ki, düşərgə 13 oktyabr tarixinədək davam edəcək.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi