
“NextGen AI: İnsan və süni intellektin inteqrasiyası” düşərgəsi davam edir. Düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı və Codelandia Academy-nin tərəfdaşlığı ilə keçirilir.
Quba Olimpiya İdman Kompleksində keçirilən düşərgənin 2-ci günündə “AI Lab Trenders”in AI kreativ direktoru Ümid Salay və Rəqəmsal marketinq üzrə mütəxəssis Abdulla Abdullayev tərəfindən Könüllü DOSTlarımız üçün “PromtPlay” adlı vörkşop təşkil edilib. Daha sonra isə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının proqram meneceri Gülüstan Kərimli tərəfindən “Təqdimat bacarıqları” təlimi keçirilib. Sonda iştirakçılar “Süni intellekt gəncləri informasiyaya yaxınlaşdırır” mövzusundakı debatda maraqlı müzakirələr aparıblar.
Qeyd edək ki, düşərgə gənclərin süni intellektə marağını artırmaq, texnoloji və komanda bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi