Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin olunub

15 oktyabr 2025, 11:59
A+ A-
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin olunub

DOST Agentliyində yeni təyinat həyata keçirilib. İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrə əsasən, Yavər Abbasov Naxçıvan Regional DOST Mərkəzinin direktoru təyin olunub.

Yavər Abbasov 1991-ci ildə Şərur rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetinin “Sosial iş” ixtisasını bitirib.

Əmək fəaliyyətinə 2016-cı ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində aparıcı vəzifəsi ilə başlayıb.

2018-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Muxtar Respublikanın Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi