“NextGen AI: İnsan və süni intellektin inteqrasiyası” düşərgəsi yekunlaşdı

15 oktyabr 2025, 14:56
A+ A-
“NextGen AI: İnsan və süni intellektin inteqrasiyası” düşərgəsi yekunlaşdı

“NextGen AI: İnsan və süni intellektin inteqrasiyası” düşərgəsi başa çatıb. Düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı və Codelandia Academy-nin tərəfdaşlığı ilə həyata keçirilib.

Üç gün davam edən düşərgədə iştirakçılar süni intellekt sahəsində nəzəri və praktiki biliklər əldə edib, müxtəlif təlim və komanda tapşırıqları vasitəsilə texnoloji bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Düşərgənin sonunda komandalar əldə etdikləri biliklər əsasında innovativ layihələr hazırlayaraq təqdim ediblər.

Layihələr DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nazilə Həşimzadə, Agentliyin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova və Metatesk startapının təsisçisi Günay İmanzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində fərqlənən komandalar mükafatlandırılıb.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub, qalib komandalara isə xüsusi hədiyyələr verilib.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd gənclər arasında süni intellekt sahəsinə marağı təşviq etmək, onların texnoloji savadlılığını artırmaq və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək olub.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi