
DOST Agentliyində ölkəmizdə səfərdə olan Serbiyanın Pensiya və Əlillik Sığortası Fondunun direktoru Relja Ognjenoviç və Sosial Sığorta Qurumunun direktoru Zoran Panoviçin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzinə gələrək əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Daha sonra keçirilən görüşdə nümayəndə heyətinə son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verilib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 161 növ xidmət “bir pəncərə”dən təqdim olunur.
Görüşdə nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib.
Qonaqlar Serbiyada pensiya və sosial sığorta sisteminin strukturu, tətbiq olunan müasir texnoloji həllər, elektron xidmətlər və sosial təminat sahəsində həyata keçirilən islahatlar barədə danışıblar.
Görüşdə sosial sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi