3 saylı Bakı DOST Mərkəzi ardıcıl ikinci dəfə “DOST Kuboku”nun qalibi oldu

20 oktyabr 2025, 14:51
A+ A-
3 saylı Bakı DOST Mərkəzi ardıcıl ikinci dəfə “DOST Kuboku”nun qalibi oldu

DOST Agentliyinin və DOST mərkəzlərinin əməkdaşları arasında təşkil edilən “DOST Kuboku-2” minifutbol turnirinə yekun vurulub.

Turnir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub. Üçüncü yer uğrunda qarşılaşmada 2 saylı Bakı DOST Mərkəzi ilə 4 saylı Bakı DOST Mərkəzi üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan 2 saylı Mərkəzin kollektivi bürünc medallara sahib çıxıb.

Final qarşılaşması Quba Olimpiya İdman Kompleksində baş tutub. Qarabağ Regional DOST Mərkəzi üzərində 6:3 hesabı ilə inamlı qələbə qazanan 3 saylı Bakı DOST Mərkəzinin komandası ardıcıl ikinci dəfə turnirin qalibi olub.

Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Medalları Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov, sədr müavinləri Seymur Alıyev və İlkin Məmmədov təqdim ediblər.

Rəqib qapılarından 19 top keçirən Qarabağ Regional DOST Mərkəzinin əməkdaşı İsa Əliyev turnirin ən məhsuldar oyunçusu olub. İnamlı oyunu ilə seçilən 3 saylı Bakı DOST Mərkəzinin üzvü Turan Məmmədli isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

3-cü yer uğrunda oyunda 4 qol vuran Elvin Vəliyev həmin matçın, finalda isə eyni sayda qol vuran Emin Məmmədov final oyunun ən yaxşı oyunçusu seçilib.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi