
DOST Agentliyində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası haqqında təqdimat edilib. Bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.
Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi