DOST Agentliyi Qazaxıstanda keçirilən beynəlxalq forumda təmsil olunub

28 oktyabr 2025, 18:11
A+ A-
DOST Agentliyi Qazaxıstanda keçirilən beynəlxalq forumda təmsil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq foruma qatılıb.

Qazaxıstanın Dövlət Sosial Sığorta Fondu tərəfindən təşkil olunan “Sosial vektor: Peşəkarlıq, Tanınma, Rəqəmsal gələcək” adlı forum sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma və peşəkar inkişaf məsələlərinə həsr olunub.

Forum çərçivəsində Seymur Alıyev təqdimatla çıxış edib, vətəndaş hüquqlarının müdafiəsi, sosial ədalətin təmin edilməsi və insan kapitalının gücləndirilməsi istiqamətində aparılan müzakirələrdə iştirak edib.

Tədbir zamanı süni intellekt texnologiyalarının tətbiqi ilə əmək və sosial sahələrdə rəqəmsal həllərin təqdimatı keçirilib. Bununla yanaşı, “Sosial müdafiə sisteminin ən yaxşı işçisi və ən yaxşı sosial layihə” adlı dövlət müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Beynəlxalq Forum sosial müdafiə sisteminin inkişafı, vətəndaş rifahının yüksəldilməsi və insan kapitalının gücləndirilməsi istiqamətində təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi