Yanvar-oktyabr aylarında DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17 noyabr 2025, 10:56
A+ A-
Yanvar-oktyabr aylarında DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

10 ayın sosial göstəriciləri

2025-ci ilin yanvar-oktyabr aylarında  DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib.

2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı, Kəlbəcər DOST məntəqəsi açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST modeli əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,6 faizdir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi