DOST Agentliyində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib

18 noyabr 2025, 16:11
A+ A-
DOST Agentliyində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib

DOST Agentliyinin əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim təşkil olunub. Təlim Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə keçirilib.

Tədbir zamanı Ombudsman Aparatının əməkdaşları tərəfindən informasiya əldə etmək hüququ sahəsində beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçılara Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn öhdəliklərin icrasına nəzarət funksiyaları barədə məlumat təqdim olunub. Qanun pozuntuları aşkarlanacağı təqdirdə Ombudsmanın protokol tərtib etmək səlahiyyətləri də izah edilib.

İnteraktiv xarakter daşıyan təlimdə geniş fikir mübadiləsi aparılıb, qanunun tətbiqi mexanizmləri və digər mövzular üzrə iştirakçıların sualları cavablandırılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi