
DOST Agentliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Vahid Yığım Pensiya Fondu və Qazaxıstan Respublikasının Dövlət Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüş olub.
Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.
Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası haqqında təqdimat edilib. Bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi