
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi və sosial sahədə aktiv olan blogerlər iştirak edib.
Görüşdə Komissiyanın fəaliyyəti və görülən işlərə dair məlumatlar təqdim olunub. Daha sonra "Əlilliyin qiymətləndirilməsi", "İnklüziv təhsilin seçimi ilə bağlı çətinliklər", həmçinin "Reabilitasiya və erkən müdaxilə" mövzularında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu sahədə olan yeniliklər, problemlər müzakirə olunub, yeni təkliflər verilib.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi