Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

11 dekabr 2025, 09:41
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. "İnformasiya müyəssərliyi" mövzusunda baş tutan tədbirdə Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, Audiovizual Şura, "Karlara Dəstək" İctimai Birliyi və "Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin nümayəndələri iştirak edib.

Görüşdə Komissiyanın fəaliyyəti və görülən işlərə dair məlumatlar təqdim olunub. Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb. İştirakçılar televiziya kanallarında, sosial media və elektron resurslarda informasiya əlçatanlığı, əlilliyi olan şəxslərin məlumat əldə etmə imkanları barədə fikir mübadiləsi aparıblar.

Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi