Evdə sosial xidmət göstərilən vətəndaşın doğum günü qeyd edildi

17 dekabr 2025, 11:32
A+ A-
Evdə sosial xidmət göstərilən vətəndaşın doğum günü qeyd edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın 77 yaşını qeyd ediblər. Bayram Salayevi ziyarət edən əməkdaşlar onu təbrik edib, Agentliyin kollektivi adından ən xoş arzularını çatdırıblar.

Ziyarətdən məmnun qalan vətəndaş ona göstərilən diqqətə görə təşəkkür edib.

Bayram Salayevə 2020-ci ildən etibarən 1 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial xidmət göstərilir. Mərkəzin sosial xidmətçiləri tərəfindən vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət malları, həmçinin həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən evdə (səyyar) sosial xidmətlər çərçivəsində tənha ahıl və sosial baxımdan həssas əhali qrupundan olan şəxslərə mütəmadi olaraq sosial dəstək göstərilir, onların gündəlik ehtiyaclarının qarşılanması və sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi