DOST Agentliyində əlilliyi olan şəxslər üçün nəqliyyatın müyəssərliyi müzakirə edilib

19 dekabr 2025, 13:23
A+ A-
DOST Agentliyində əlilliyi olan şəxslər üçün nəqliyyatın müyəssərliyi müzakirə edilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. “Nəqliyyat müyəssərliyi” mövzusunda baş tutan tədbirdə Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA), “Bakı Metropoliteni” QSC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri, eləcə də nəqliyyat üzrə ekspert iştirak edib.
Görüşdə Komissiyanın fəaliyyəti və görülən işlərə dair məlumatlar təqdim olunub. Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb. İştirakçılar şəhərdaxili və şəhərlərarası nəqliyyatda, metro, dəmir yolu və hava nəqliyyatında əlilliyi olan şəxslər üçün müyəssərlik, nəqliyyat vasitələrindən istifadə imkanları və mövcud problemlər barədə fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi