Evdə sosial xidmət göstərilən vətəndaşlar ziyarət edilib

29 dekabr 2025, 17:17
A+ A-
Evdə sosial xidmət göstərilən vətəndaşlar ziyarət edilib

Abşeron DOST Mərkəzinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşları təbrik ediblər.

Vətəndaşları evlərində ziyarət edən Mərkəz əməkdaşları onlara Agentliyin rəhbərliyi və bütün kollektivi adından ən xoş arzularını çatdırıblar.

Ahıl şəxslər onlara verdikləri dəyər və diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi